Maaş, pensiya və müavinətlər artırılacaq
Azərbaycanın iqtisadi inkişaf templəri yüksəlir.
Minval.info Modern.az-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov Partiyanın rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsində deyib.
Ə.Əhmədov bildirib ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsidir.
O vurğulayıb ki, qeyri-neft sektoru daha yüksək templə inkişaf edir, Azərbaycandan məhsulların, xüsusilə sənaye məhsullarımın ixracı artır:
“Əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımlar atılıb. Minimum əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb. İnsanların həyat səviyyəsinin yaxşılaşması istiqamətində ciddi tədbirlər görülür. Bütövlükdə artırılan əməkhaqqı, pensiya və müavinətlər 3 milyona yaxın insanın həyatına təsir edib. Hər bir ailə bu tədbirlərdən bu və ya digər formada faydalanıb”.
Ə.Əhmədovun sözlərinə görə, bu, son artımlar deyil, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər