Məşhur fotoqraf həyat yoldaşına böyük jest edib.
Minval.İnfo xəbər verir ki, azərbaycanlı fotoqraf Cəlal Kəngərli həyat yoldaşına Yeni il hədiyyəsi olaraq ən son model “Bentley” markalı avtomobil alıb.
Fotoqraf hədiyyəni təqdim etmə prosesini videoya çəkərək, paylaşıb. Videodan sonra isə C.Kəngərli 100 min manata yaxın qiyməti olan avtomobilin fotosunu paylaşaraq, nə qədər qəribə görünsə də, “Sevdiklərinizi sevindirmək üçün böyük hədiyyələr almaq vacib deyil. Axı, siz onun ən böyük hədiyyəsisiniz” yazıb.
Həmin videonu sizlərə təqdim edirik:
Minval.İnfo



































