“Liverpul” klubunun ulduzu Məhəmməd Salahın ailəsi Çempionlar Liqasının final matçından qabaq qurban kəsəcək.

Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, forvardın ailəsi bu gün Kiyevdə keçiriləcək finalda Salahın komandasının “Real”a qalib gəlməsi üçün dua edir. Qohumlar eyni vaxtda üç qoyunu qurban kəsəcək.

Mayın 25-də Salahın matç günü oruc tutmayacağı haqqında xəbər yayılıb.

İngiltərə klubunun Salahdan başqa daha iki futbolçusu – Əmrə Can və Sadio Mane müsəlmandır. Onların yaşıl meydana oruclu çıxıb-çıxmayacağı barədə məlumat verilmir.

Final matçı Kiyevin “Olimpiya” stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.