Futbol üzrə Amerika kubokunun rəmzi komandası açıqlanıb.
APA-nın məlumatına görə, Argentina millisinin ulduzu Lionel Messi “11-lik”dən kənarda qalıb.
Ümumiyyətlə, yarışın bürünc mükafatçısının yalnız bir üzvü – Leandro Paredes rəmzi komandaya daxil edilib.
3-4-3 sistemi ilə tərtib olunan heyətdə Amerika kubokunun qalibi Braziliya daha çox – 6 oyunçu ilə təmsil olunub. Finalda 1:3 hesabı ilə uduzan Perunun 3, yarımfinalçılar Argentina və Çilinin hərəsinin 1 üzvü fərqlənənlər siyahısında yer alıb.
Qapıçı: Alison Beker;
Müdafiəçilər: Dani Alves, Markinyos (hamısı Braziliya), Migel Trauko (Peru);
Yarımmüdafiəçilər: Leandro Paredes (Argentina), Çarles Aranqis (Çili), Yosimar Yotun (Peru), Artur Ramos;
Hücumçular: Qabriel Jezus, Everton (hamısı Braziliya), Xose Paolo Qerrero (Peru).

































