Türkiyənin məşhur serialı “Kuruluş Osman”da Qarabağdan bəhs ediləcək.
Musavat.com xəbər verir ki, bununla bağlı kadrlar serialın bu gün axşam yayımlanacaq bölümündə öz əksini tapacaq.
Serialda rol alan Avropa çempionu Zabit Səmədovdan haradan gəldiyi soruşulur.
O isə Qarabağdan gəldiyini deyir. Bundan sonra “Salam olsun, Qarabağın igidlərinə” deyilərək Azərbaycana dəstək mesajı göndərilir.
Qeyd edək ki, Z. Səmədov 35-ci bölümdən serialda rol almağa başlayıb.


































