Rusiyanın Tatarıstan Respublikasında xəstəxanaların birində qəribə hadisə baş verib.

“Minval.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, kürəyindən bıçaq yarası almış və əməliyyat olunmağa hazırlaşan kişi alt paltarında, belindən qan axa-axa siqaret çəkməyə çalışıb.

Maraqlıdır ki, tibbi personalı onun bu dəhşətli halı deyil, siqaret çəkmək istəyi həyəcanlandırıb.

Onlar “siqaret çəkmək  sağlamlığa zərərlidir” kimi şablon ifadələrlə xəstəni fikrindən yayındırmağa çalışıblar.