Kosmetoloq Ülviyyə İlyasovanın cəzası artırıldı
Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurması ilə bağlı məhkəmə qərarı ilə cəzası artırılıb. Ülviyyə İlyasova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə cəlb edilib.
Minval.info xəbər verir ki, məhkəmə zamanı Ülviyyə İlyasovanın ixtisasca həkim olmadığı, yalnız ibtidai müəllimlik üzrə ali təhsili olduğu və Türkiyədə kurs keçdiyi məlum olub. O, “Turana Estetik” klinikasında özünü həkim kimi təqdim edərək aktrisa Mila Əlibəyovaya “liposaksiya” əməliyyatı edəcəyini vəd edib və bu məqsədlə 1500 manat məbləğində pul alıb.
İlk əməliyyat uğursuz olduğundan Ülviyyə İlyasova aktrisanı “Azal Estetika”da yenidən əməliyyat edib. Nəticədə, zərərçəkmişin sağlamlığının bərpası üçün uzunmüddətli müalicə və maliyyə resursları tələb olunub. Aktrisa Mila Əlibəyova ifadəsində bir çox filmlərdə rol aldığını və təcili arıqlama tələbi ilə qarşılaşdığını bildirib. Ülviyyə İlyasovanın sosial şəbəkədəki paylaşımlarına inanaraq müraciət etdiyini və nəticədə səhhətinə zərər dəydiyini qeyd edib.
Məhkəmənin qərarı ilə Ülviyyə İlyasovanın cəzası 3 il 3 aydan 3 il 6 aya qədər artırılıb və o, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək. Bundan əlavə, Ülviyyə İlyasova daha əvvəl Bakıda qanunsuz əməliyyat nəticəsində ölüm hadisəsinə səbəb olduğu üçün səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım