“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında “Barselona”nı məğlub etməklərini şərh edib.
Bombardir.az xəbər verir ki, almaniyalı məşqçi komandasının üzvlərinin inanılmaz olduğunu bildirib:
“Qələbələr müxtəlifdir, amma imkanları qaçırtmayıb qalib gəlmək həqiqətən də inanılmazdır. Bu gün hər kəs Enfieldə oynamağın nə demək olduğunu hamı bildi. Bu “Liverpul”u saxlamaq imkansızdır. Bu “Liverpul” heç vaxt yıxılmaz. Bu “Liverpul” həmişə irəliyəcək. Bizim uşaqlar inanılmazdılar. Öz gözlərimlə Ceyms Milnerin necə ağladığını gördüm. Biz təəccüblü olanı etdik. Həyatım boyu çoxlu matçın iştirakçısı oldum, heç biri bunun kimi deyildi”.

































