Kadırovun Dubaydakı villasının görüntüləri - FOTO
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rus elitasının sığınacağına çevrilmiş Dubayda (BƏƏ) araşdırmaçı jurnalistlər Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun dəbdəbəli villasını müəyyənləşdiriblər.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda”nın materialında deyilir.
Dubay Jumeirahın məşhur sahilində yerləşən beşulduzlu otelin yaxınlığında Ramzan Kadırovun villalarından biri yerləşir.
Nəşr qeyd edir ki, ictimai onlayn radarlara görə təkcə 2021-2022-ci illərdə Kadırov Birləşmiş Ərəb Əmirliklərinə 14 dəfə səfər edib. Təxminən 80 milyon dollar dəyərində olan dəbdəbəli Airbus A319 Kadırovun 2013-cü ildə Kadırova məxsus olduğu bildirilir. 2017-ci ildə rusiyalı müğənni Timatinin təyyarənin yataq otağından foto paylaşması jurnalistlərin diqqətini çəkmişdi.
Kadırov özü isə bu barədə xəbərləri təkzib etmişdi.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR