Kərə yağı paltaryuyan maşınlarda hazırlanır - VİDEO
Uzun illərdir insanların hazırladıqları nehrə yağı unudula bilər.
Nehrədə hazırlanan yağ həm dadı, həm keyfiyyətinə görə digər yağlardan fərqlənir.
Saxsı, taxta və bu kimi qablarda hazırlanan yağ ekoloji cəhətdən təmiz olması ilə yanaşı, yeməklərə də xüsusi dad verir.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Bu yağda bişən şirniyyatlar da öz tamına görə seçilir. Tərkibi vitaminlərlə zəngin olan bu məhsulun müalicəvi əhəmiyyəti var. Nehrə yağı günəş şüalarına qarşı əvəzolunmaz məlhəm hesab olunur.
Günümüzdə rahat şəkildə kərə yağı əldə etmək üçün digər metodlardan da istifadə edilməsi saxsıdan olan nehrədə hazırlanan yağı tarixə çevirir.
Kənd sakini Əsmayə Əliyevanın sözlərinə görə, onlar həmişə nehrə yağından istifadə ediblər. Nehrədə yağ hazırlamaq isə onun ev işlərinə mane olmayıb. O, 100 qram yağ əldə etmək üçün bir saatdan çox vaxt sərf etdiyini bildirir.
Yaşlı nəsil nehrə yağının digər vasitələrlə hazırlanan yağdan daha faydalı olduğunu düşünür və bu ənənənin insanların sağlamlığı üçün yaşadılmasının vacib olduğunu bildirirlər.
Bəzi vətəndaşlar isə vaxta qənaət etmək üçün nehrə yağını paltaryuyan maşınlarda hazırlamağa üstünlük verirlər.
Qeyd edək ki, bu gün kərə yağının bir kiloqramı bazarlarda 15-16 manata satılır.
https://www.youtube.com/watch?time_continue=101&v=_19l6iB3T7w
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir