İstanbulda 4 mərtəbəli bina çökdü

İstanbulun Balat rayonunda 4 mərtəbəli köhnə yaşayış binası çöküb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, binanın boş olduğu bildirilir. Hadisə yerinə xeyli sayda polis və təcili yardım maşınları göndərilib.

Binanın çökməsi nəticəsində xəsarət alan olmadığı, yalnız yaxınlıqdakı avtomobillərə ziyan dəydiyi bildirilir.