“İrşad electronics”in yeni fırıldağı, yoxsa…?
Bu günlərdə “İrşad electronics”in müştəriləri aldatdığı məlum olub. Şirkət rəsmi saytında kreditin ilkin ödənişsiz verildiyini qeyd edib.
Ancaq “İphone 7” markalı telefonu almaq üçün mağazanın Qara Qarayev filialına yaxınlaşan müştəriyə “Biz onu müştəri cəlb etmək üçün elə qeyd edirik, siz qiymətin azı 40 faizi ilkin ödəniş etməlisiniz” deyiblər.
Minval.info-nun əməkdaşı məsələ ilə bağlı “İrşad electronics”lə əlaqə saxlayıb.
Şirkətin rəsmisi hər müştəriyə fərdi yanaşıldığını qeyd edib: “Biz saytda ilkin şərtləri qeyd etmişik, amma daha sonra da məlumat verilir ki, sifarişin təhlili zamanı şirkətin daxili təlimatına əsasən, mütəxəssislər əlavə ilkin ödəniş məbləği tələb edə bilərlər. Bütün məlumatları saytda xırdalaya bilmərik, müştərilər müraciət etdikdən sonra bütün şərtlərimizlə tanış ola bilərlər”.
Dəniz Kərimzadə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər