İran XİN rəhbəri: “Danışıqlar pəncərəsi həmişə açıq olmayacaq”
“Rəsmi Tehran Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə səmərəli danışıqlara hazırdır və uğurlu nəticə əldə etmək əzmindədir”.
Minval.info xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “Kommersant” qəzetində dərc edilən məqaləsində deyilir.
Onun sözlərinə görə, İranın nüvə sazişi ətrafında mövcud vəziyyət Vaşinqtonun son dörd il ərzində etdiyi hərəkətlər səbəbindən yaranıb:
“İran bu razılaşmanı saxlamaq üçün əlindən gələni etdi. Onu da qeyd edim ki, hazırkı danışıqlar pəncərəsi həmişəlik açıq olmayacaq. ABŞ və üç Avropa dövləti bunu dərk etməlidir. İran İslam Respublikası qeyri-qanuni Amerika sanksiyalarının ləğvi üçün fəal diplomatik səyləri davam etdirmək niyyətindədir, lakin eyni zamanda onların təsirini neytrallaşdırmaq üçün Davamlı İqtisadi İnkişaf Proqramına malikdir”.
Nazir bildirib ki, razılaşma mümkündür və əldə edilə bilər: “Amma bunun üçün Vyana danışıqlarının bütün iştirakçıları həm də siyasi iradələrini əməldə nümayiş etdirməlidirlər. Qərbin verdiyi vədləri yerinə yetirmək öhdəliyinin olmamasına, Ağ Evin yanaşmasına və qeyri-konstruktiv siyasətinə inamsızlığına baxmayaraq, İran Vyana danışıqları zamanı sanksiyaların ləğvi ilə bağlı yaxşı, sabit və effektiv şəkildə yoxlanıla bilən razılaşma əldə etməyi hədəfləyir.
İran İslam Respublikasının nüvə müzakirəçiləri komandası İran xalqının mənafeyini və hüquqlarını təmin edən xoşməramlı, ciddi rəftar və danışıqlar məntiqinə malik olmaqla, bunun üçün hər cür səy göstərməyə hazırdır. Həmkarlarım və mən də nümayəndə heyətimizi və onun rəhbəri, bu mövzuda danışıqlarda böyük təcrübəyə malik olan doktor Əli Baqeriyə fəal dəstək vermək niyyətindəyik”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya-Azərbaycan münasibətlərində soyuqluq var, yoxsa...
Putinə görə Rusiyanı 2 milyon beyin tərk edib - Hesabat
İranın XİN başçısı bu həftə Azərbaycana gələcək
Türkiyə Müdafiə Nazirliyi noyabrda 169 terrorçunu zərərsizləşdirib
Ərdoğanın partiya üzvlərinə silahlı hücumla bağlı həbslər
Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb
Gürcüstanda yanacağın qiyməti bahalaşdı