15.01.2018 - 20:15
Maraqlı
23 baxış
İngilis fotoqrafdan ağlasızmaz FOTOSESSİA
Londonda Sofi Mayan adlı fotoqraf bədənlərində yara və ya xəstəlik izi olan insanların fotolarını çəkib.
Minval.İnfo qaynarinfo-a istinadən xəbər verir ki, Mayan sosial medianın yaratdığı şablon gözəllik anlayışından uzaqlaşmaq, istifadə olunan filter və foto proqramlarından istifadə edərək özünü mükəmməl göstərməyə çalışanlara meydan oxumaq üçün bədənində yanıq, yara, əməliyyat izləri olan şəxslərin fotolarını çəkib.
Həmin şəxsləri və hekayələrini təqdim edirik:
İzabella 2015-ci ildə ev yanğını zamanı xəsarət alıb.

Aqnes 7 yaşı olan zaman qaz partlayışından sağ çıxıb. O gündən bəri 27 əməliyyat keçirən qadın yanıq izlərinə görə narahat olmadığını deyir.

Yanğından sonra Mörsinin bədəninin bir hissəsində yanıq izi qalıb.

Koul 13 yaşı olan zaman özünə zərər verməyə başlayıb. Cərrahlar bu yaraların silinməyəcəyini deyir.

Adele sümük xərçəngindən əziyyət çəkir və müalicədən sonra qolunda bu görünüş yaranıb.

Barbara 2014-cü ildə döş xərçəngi diaqnozu ilə əməliyyat olunub.

Bintunun üstünə 11 ay əvvəl çay tökülüb və çiynində yanıq izi qalıb.

8 yaşında avtomobil qəzası keçirən Cessika dəfələrlə əməliyyat edilib.

Hebe skolyozdan əziyyət çəkir və onurğa əməliyyatı keçirib.

Dünyanın məşhur tennisçilərindən olan Samanta Ballok 14 yaşı olan zaman silahla təsadüfən özünə atəş açıb. Ağır yaralanan qadın o gündən bəri təkərli kresloda həyatına davam edir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
06.10.2026 - 19:29
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
06.10.2026 - 16:34
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
06.10.2026 - 11:33
Dağıstanda keçi sürücüyə qisas aldı
04.10.2026 - 16:44
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
03.10.2026 - 16:07
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
03.10.2026 - 09:28
Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı
01.10.2026 - 19:40