06.11.2026 - 13:34
İlon Mask yadplanetlilərin mövcudluğuna dair paylaşım etdi
Dünya 272 baxış

İlon Mask yadplanetlilərin mövcudluğuna dair paylaşım etdi

“SpaceX” şirkətinin rəhbəri İlon Mask, kainatda yadplanetli sivilizasiyaların mövcudluğuna dair hər hansı bir əlamətin indiyədək aşkarlanmamasından narahat olduğunu bildirib. Baku.ws-ın məlumatına görə, milyarder bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Mask paylaşımında, “Yadplanetlilərin mövcudluğuna dair hələ də heç bir əlamət görməməyimiz məni çox narahat edir”, – deyə vurğulayıb. O, bu ilin əvvəlində ulduz sistemlərinin tədqiqi zamanı bəşəriyyətin yadplanetlilər və yerdənkənar sivilizasiyalarla qarşılaşa biləcəyini demişdi. Buna baxmayaraq, Mask üç il əvvəl kainatda başqa sivilizasiyaların mövcudluğunu inkar edirdi.

Digər tərəfdən, ABŞ-da may ayından etibarən naməlum uçan obyektlərlə bağlı sənədlər ictimaiyyətə açıqlanır. Bu sənədlərdə hadisələr naməlum anomal hadisələr kimi təsnif edilir. Oktyabrın sonunda yayımlanan sənədlər arasında ABŞ-ın Rosvell hərbi bazasının keçmiş zabiti Uolter Hautun ehtimal olunan kosmik gəmi qəzası və hadisə yerində yadplanetlilərin cəsədlərinin tapılması barədə danışdıqları da yer alıb.

Xatırladaq ki, İlon Mask daha əvvəl Ayda və Marsda yaşayış şəhərləri salmağı planlaşdırdığını açıqlamışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: