İcarə vergisi ödəmədən necə qurtulmaq olar? – Vacib detallar
Əmlakını icarəyə verən şəxslərin vergi öhdəliyi ilə bağlı suallar yaranır. Bu məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aydınlıq gətirib.
Minval.info xəbər verir ki, qurumun açıqlamasına əsasən, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirlərdən 14 faiz vergi tutulur. Əgər icarə haqqı vergi ödəyicisi kimi qeydiyyatda olan şəxs tərəfindən rezident fiziki şəxsə ödənilirsə, bu halda vergi öhdəliyi icarəyə götürən tərəfə aiddir. Beləliklə, əmlakını icarəyə verən fiziki şəxsin əlavə vergi ödəməsi və ya hesabat təqdim etməsi tələb olunmur.
Dövlət Vergi Xidməti həmçinin xəbərdarlıq edir ki, verginin azaldılması və ya hesabat təqdim edilməməsi maliyyə sanksiyaları ilə nəticələnə bilər. Bu halda, azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi qədər maliyyə sanksiyası tətbiq edilir.
Qeyd edək ki, obyekt sahibinin VÖEN-də əsas fəaliyyət növünün icarə kimi göstərilməməsi vergi öhdəliyinin icarə haqqının kim tərəfindən ödənilməsindən asılı olaraq müəyyənləşdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı
Jerar Qafarov nişanlandı: Corcun qardaşı evlilik yolunda
Murad Ceylanın yeni görünüşü müzakirələrə səbəb olub
Pünhan Piriyevin hərbi xidmətdəki arxiv görüntüləri yayıldı
Emrahın oğlu Tayfun Zaqatalada istirahət edir
Ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi