03.10.2026 - 16:21
Rusiya Ukraynaya səfər etməməyi yenidən tövsiyə etdi
Dünya 2 baxış

Rusiya Ukraynaya səfər etməməyi yenidən tövsiyə etdi

Rusiya Xarici İşlər Nazirliyi, Rusiya ordusunun Kiyev və digər Ukrayna şəhərlərindəki hərbi hədəflərə hücumlarını davam etdirəcəyini bir daha bildirib. Nazirlikdən verilən açıqlamada, xarici vətəndaşların, o cümlədən diplomatik missiya işçilərinin Ukraynada olmamaları və bu ölkəyə səfər etməmələri tövsiyə olunur.

Minval.info xəbər verir ki, Rusiyanın may ayında da Kiyevdəki xarici ölkə vətəndaşlarına və diplomatlara şəhəri tərk etmələri, Ukraynada yaşayanlara isə hərbi və inzibati infrastruktur obyektlərindən uzaq durmaları çağırışı etdiyi xatırladılıb.

Açıqlamada, Kiyevdə bir çox səfirliyin fəaliyyətini davam etdirdiyi və xarici rəsmilərin Ukraynanı ziyarət etməyə davam etdiyi qeyd edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: