Bir neçə gün öncə Horadiz şəhərinin mərkəzi küçəsində yaşı yüzə yaxın olan çinar ağacları kəsilib.

Bu barədə redaksiyamıza məlumatı Horadiz şəhər sakinləri veriblər.
Onlar qeyd ediblər ki, Horadiz şəhərinin mərkəzi küçəsi olan “20 yanvar” küçəsində yaşı yüzə yaxın olan 15 ədəd çinar ağacı kəsilib.

Vətəndaşlar əlavə ediblər ki, bununla bağlı aidiyyatı qurumlara, şəhər ziyalılarına müraciət edib və yaxın günlərdə də məhkəməyə müraciət ediləcək.
Redaksiyamıza daxil olan görüntüləri oxucularımıza təqdim edirik.

Qeyd edək ki, faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərilib. (“Bizim Yol”)