Hamam vannasını uçan aparata çevirdi, mağazadan çörək aldı və evə qayıtdı

İxtiraçılar uçan avtomobillər üzərində baş sındırdıqları bir vaxtda bu adam hamam vannası ilə üfüqləri fəth etməyə başlayıb. Zarafatsız-filansız – sözün həqiqi mənasında…

Həm də vannanı uçan aparata çevirmək üçün xüsusi səy göstərmək də lazım gəlməyib – eləcə, evdə əlinin altında olan materiallardan istifadə etmək yetərli olub. Videodan göründüyü kimi uçan vannanın sahibi evinin yanında öz yeni “hava nəqliyyatı vasitəsi”nə oturur, pultla onu işə salır, uça-uça çörək mağazasına gedir, çörək alıb evə qayıdır.

Bütün bu müddət ərzində o, təhlükəsizlik məqsədilə dəbilqədən istifadə edir. (Kuryoz.com)