“Oğlumun bir, qızımın iki yaşı var idi. Həyat yoldaşım evimin içindən olan biri ilə mənə xəyanət edib”.

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Nazakət Məmmədova “Ümid var” proqramında deyib. O bildirib ki, boşanma səbəbi xəyanət olub:

“Bu haqda mən heç zaman danışmamışam. Həyat yoldaşım mənə qardaşımın arvadı ilə xəyanət etdi. Bu hadisədən sonra qardaşım da boşandı, mən də… İndi mənə xəyanət edən ataya öz övladını göstərim? Niyə?”.