UFC rəhbəri Deyna Uayt UFC 249 turnirindən sonra keçirilən mətbuat konfransında, mümkün Həbib Nurməhəmmədov – Castin Qetji döyüşünün təşkili ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, Uayt döyüşün yayda keçirilə biləcəyini istisna etməyib:

“Həbib yay aylarında döyüşə biləcəyini yazıb. Növbəti həftə Las-Veqasdakı qərargahımıza qayıdacağıq və döyüşü ən qısa müddət ərzində necə təşkil edəcəyimizi müəyyənləşdirməyə çalışacağıq”.

Qeyd edək ki, Qetji 5-ci raundda Toni Ferqyusona texniki nokautla qalib gələrək yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxmışdı.