Ağdaş rayonuna yağan güclü yağış fəsadlara yol açıb.

Minval.info xəbər verir ki, kanalizasiya sistemləri bərbad halda olduğu üçün rayonun Heydər Əliyev prospektində hərəkət iflic olub.

Hətta yaşlı çinar ağacı yaxınlıqda dayanan avtomobilin üzərinə aşıb. Xoşbəxtlikdən həmin anda avtomobildə heç kim olmayıb.

Hadisə nəticəsində prospektdə hərəkət məhdudlaşıb.

Minval.info