Dilarə kitabı belə təbliğ etdi

Müğənni Dilarə Kazımova sosial şəbəkədə müzakirələrə səbəb olacaq yeni fotosessiyasını təqdim edib.

Minval.İnfo xəbər verir ki, 34 yaşlı müğənni model Səbinə Nuriyeva ilə kamera qarşısına keçib. İnsanları kitab oxumağa çağıran sənətçi hamam xalatında fərqli pozalar verib.

Dilarə instaqramda paylaşdığı şəkillərə belə şərh yazıb: “Ruhunuzu və beyninizi inkişaf etdirəcək kitablar oxuyun. Unutmayın ki, əlimizdə ancaq indi və burda olan anımız var. Hər yaşadığınıza görə minnətdar olun. Çünki bunların hamısı bizi harasa aparır”.