06.12.2021 - 11:10
Region 2 baxış

Ermənistanda yerli özünüidarəetmə orqanlarına yenidən seçkilər keçirildi

Dekabrın 5-i Ermənistanın 9 vilayətinin 36 icmasında proporsional sistem üzrə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Minval.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistanda hakim “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə elə də yaxşı nəticələr nümayiş etdirməyib. İlkin məlumatlara görə, Nikol Paşinyanın partiyası 36 icmadan yalnızca 16-da səslərin 50%-dən çoxunu qazana bilib.

“Vətəndaş müqaviləsi” partiyası əsas olaraq Aştarak, Talin, Ararat, Artaşet, Armavir, Metsamor, Vaqarşapat, Razdan, Cermuk, Vardenisdə qələbə qazanıb, lakin Aparan, Masis, Vedi, Qavar, Abovyan, Nor Açin və Eqenadzorda uduzub.

Qeyd edək ki, dünən keçirilən seçkilərdə 130 respublika və regional partiya və blok, 4,2 minə yaxın isə namizəd iştirak edib.

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: