11.01.2018 - 20:15
Sosial
27 baxış
Ermənilərin olduğu təyyarə Bakıda məcburi eniş etdi
Çin Hava Yollarına məxsus, Pekin-Tbilisi reysini həyata keçirən və göyərtəsində 5 erməninin olduğu (onlardan 3-ü Ermənistan vətəndaşları olub) təyyarə yanvarın 8-də Bakıda təcili eniş edib.Minval.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu təyyarənin sərnişini İda Mnatsakanyan deyib və əlavə edib ki, 5 erməninin arasında 5 yaşlı uşaq da olub.
“Üç gün əvvəl Pekin-Tbilisi reysi ilə uçan təyyarə, ekipaj üzvlərinin dediyinə görə, səmada bir neçə dəfə dövrə vursa da, qatı duman səbəbindən Gürcüstan paytaxtına enə bilməyib. Buna görə də təyyarə Bakı aeroportuna enmək məcburiyyətində qalıb”, – deyə o bildirib.
“Bakı aeroportunun əməkdaşı bizə yaxınlaşdı, dedi ki, o bizim erməni olduğumuzdan xəbərdardır. Öz pasportlarımızı təyyarədə qoymağı və neytral zonaya keçməyi təklif etdi. Biz elə də etdik. Uşağın və ərimin pasportlarını təyyarədə qoyduq, mən pasportumu, uşağım və özüm ABŞ vətəndaşı olduğumuz üçün, özümlə götürdüm. Ərim isə Ermənistan vətəndaşıdır. Biz 12 saat Bakı aeroportunda olduq. Bizə verdikləri yerdə yalnız biz-ermənilər idik”, -sərnişin vurğulayıb.
Mnatsakanyan həmçinin bildirib ki, Bakıdan dərhal Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanla əlaqə yaradılıb və o, erməni mənşəli ABŞ vətəndaşları haqqında Vaşinqtonu xəbərdar edib.
Qeyd edək ki, onlar Bakıdan Tbilisiyə məcburi enişdən 12 saat sonra çatıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
19.10.2026 - 16:34
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
15.10.2026 - 01:46
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
10.10.2026 - 13:58
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
09.10.2026 - 10:28
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
07.10.2026 - 11:07
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
06.10.2026 - 16:20
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
05.10.2026 - 18:31
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
05.10.2026 - 11:10