Elşən Xəzərin bu videosu gülüş hədəfinə çevrildi - GÖRÜNTÜLƏR VƏ SÜBUT
Sosial mediada keçmiş meyxanaçı Elşən Xəzərin gülüş doğuran videosu yayılıb.
Minval.info xəbər verir ki, hazırda dini məclislərdə çıxış edən söz xiridarı videoda Allahın möcüzəsi adlandırdığı xırda daş barədə danışır. Belə ki, E.Xəzər üzüyü onun üzərində yerləşdirilən daşla birgə suya salır və əşya işıqlanır. Daha sonra sudan çıxarılan daşın üzərinə hər dəfə sıxarkən üzüyün işıqları yanıb sönür.
Keçmiş meyxanaçı videoda bunun Tanrının möcüzəsi olduğunu söyləyir. O, həmçinin “Allaha inanmayana lənət” sözlərini əlavə edir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Amma görünür, Elşən Xəzər daşın işıqlanmasını möcüzə kimi qələmə verməkdə tələsib. Çünki onun bu videosundan sonra həmin daşın fırıldağı ilə bağlı görüntülər ortaya çıxıb. Belə ki, E.Xəzərin möcüzə sandığı daş parçasının əslində sünii şəkildə hazırlanmış plastmas olduğu, eyni zamanda içərisinə kiçik lampa və batareya yerləşdirildiyi məlum olub.
Bu səbəbdən bəzi sosial şəbəkə istifadəçiləri keçmiş meyxanaçının sözügedən videosunu ələ salaraq rişxənd edib.
Samir Mirzə / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar