Türkiyənin məşhur müğənnisi Edis Bakıda iki günlük konsert proqramı ilə çıxış edib.
Minval.info xəbər verir ki, sənətçi səhnədən maraqlı açıqlamalar verib. O Bakıdan ev almaq istədiyini dilə gətirib:
“Bakı çox gözəl şəhərdir. Bakıda ev almağı düşünürəm. Bakını çox sevirəm”.
Müğənni daha sonra “Ayrılıq” mahnısını ifa edib.
Sənətçi tamaşaçı sevgisi qarşısında gözyaşlarını saxlaya bilməyib.


































