Dünyanın ən rahat həbsxanası: ibadət et, yemək bişir
2018-ci ildə Danimarkanın Qundslev şəhəri yaxınlığında yeni həbsxana açılıb.
Xarici KİV-lərin dünyanın ən rahat qazamatı adlandırdığı “Storstrem” həbsxanasında kilsə, bağlar, xüsusi dizayn olunmuş sanitar qovşaqları və digər yerlər var.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Penitensiar müəssisəsinin tikintisi 160 milyon dollara başa gəlib.
Həbsxana 250 yerlikdir. Məhbusların hər birinə təqribən 40 kv.m-lik fərdi kamera ayrılır.
Asudə vaxtlarda məhkumlar gəzə, müxtəlif ustad dərslərində iştirak edə, idmanla məşğul ola, həmçinin rəsm çəkə, ibadət edə bilərlər.
Ərzaq mağazası, kitabxana və ümumi mətbəxi olan həbsxanada cinayətkarlar öz zövqlərinə uyğun yemək də hazırlaya bilərlər.
Ümumilikdə “Storstrem” ilk baxışdan xəstəxana və ya kurorta bənzəyir. (Trend)




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir
