İnsanlar dirəncli və çalışqan varlıqlardır.

Bununla bağlı ən diqqət çəkən yerlərdən biri də Rusiyanın Oymyakon kəndidir.

Minval.İnfo musavat.com-a istinadən xəbər verir ki, qış aylarında soyuqluq dərəcəsi ortalama mənfi 50 dərəcə olan bu kənd 1924-cü ildə mənfi 71 dərəcə soyuğa tab gətirə bilib.

 

Macəraçı fotoqraf Amos Çaple sözügedən kəndi ziyarət edərək möhtəşəm fotolar çəkib.

Картинки по запросу

Fotoqraf Çaple səfərinə Rusiyanın şimal-şərq bölgəsindən başlayıb. Saxa şəhərinin paytaxtı Yakustka gələn fotoqraf buranın dünyanın ən soyuq paytaxtı olduğunu da açıqlayıb.

Şəhərin əhalisi 300 min nəfərdən ibarətdir. Qış aylarında istilik dərəcəsi ortalama mənfi 34 dərəcədir. Fotoqrafın “Buradakı insanlar bu soyuğa necə dözür” sualına isə yerli sakinlər “spirtli içki (vodka) ilə” deyə cavab verib.

Onu da qeyd edək ki, Yakustk şəhəri almaz ticarəti ilə də tanınır.

Картинки по запросу Dünya'nın En Soğuk Yeri

Yakustk dünyanın ən soyuq kəndi olan Oymyakona getmək üçün açılan qapıdır. Bu kəndə gedib çatmaq üçün Yakustkdan 2 gün yol qət etmək lazımdır. Bu 2 günlük yol isə olduqca təhlükəlidir. Çünki yola tədarüklü çıxmazsanız, yolda qalarsınız. Bu çöl yolda cəmi 1 yanacaq doldurma məntəqəsi və 1 kafe var.

Yarıyolda qalan fotoqraf başına gələnləri qısa olaraq bu cür izah edib: “Məni gedəcəyim yerə aparmaları üçün insanlar tapdım. Oymyakona məni aparmazdan əvvəl onların ailələriylə birlikdə donmuş at qanı və makaron yedik”.

Картинки по запросу oymyakon night

Kəndin girişində 1924-cü ildə rekord dərəcədə şaxtaya aid abidə qoyulub. Abidənin üzərinə isə “Soyuğun Qütbü Oymyakon” yazılıb.

Oymyakon Sibirdə istifadə olunan nen dilində “donmamış su” deməkdir. Bu kənddə qış gələn kimi su boruları donur və əhalinin sudan istifadəsi çətinləşir.

Картинки по запросу оймякон

Hətta kənd sakinləri evdən uzaqda yerləşən tualetlərə getməyə məcbur qalır. Oymyakon kəndində cənazə mərasimləri də olduqca çətin olur. Dəfn zamanı cənazəni torpağa qoymazdan əvvəl qarı əridib, torpağı qızdırırlar.

Картинки по запросу ходят в туалет в тундре

Bu kənddə əkinçilik hava şəraiti ilə əlaqədar olaraq mümkün olmadığı üçün sakinlər heyvandarlıqla məşğul olurlar.

Kənd əhalisi əsasən somon və farel balığı ilə qidalanır.