DİQQƏT! Kağız pullar təhlükəli mikroblar yayır - VİDEO
Bu fakt elm adamlarının apardıqları araşdırmalardan sonra üzə çıxıb.
Alimlər müxtəlif qrip virusu növlərini isti, soyuq, rütubətli məkanlarda istifadə edilmiş kağız pulların üzərinə qoyaraq tədqiqat işi görüblər. Məlum olub ki, virus kökləri pulun üzərində günlərcə, hətta iki həftədən çox sağ qalırlar.
Minval.İnfo xezerxeber.az-a istinadən bildirir ki, insanların bir çoxunda pula toxunduqdan sonra əl yumaq kimi alışqanlığı yoxdur. Həkimlər isə həyəcan təbili çalır. Araşdırmalara görə, hər bir kağız pulun üzərində tənəffüs yolları və bağırsaqlarda xəstəlik törədə biləcək azı 2400 bakteriya var.
Həkim Şəmsiyyə Namazlının sözlərinə görə, infeksiya ilə çirklənmiş pullarda xəstəlik törədici mikroblar uzun müddət həyat fəaliyyəti qabiliyyətini saxlayır.
Yalnız kağız pulların deyil, metal pullar vasitəsi ilə bir çox infeksiyalar yayıla bilər. Həmçinin pullar sayılarkən barmaqlar tüpürcək vasitəsilə isladılmamalıdır.
Müxtəlif viruslara yoluxmamaq üçün şəxsi gigiyena qaydalarına maksimum dərəcədə əməl etmək lazımdır.
Bütün bunlarla bərabər, xüsusən də azyaşlıların pulla təmasının qarşısını almaq lazımdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır