15.01.2018 - 23:49
Sosial
3 baxış
Deputat alimlərə hirsləndi: İndi hamımız “qəşənk” olacağıq?
Azərbaycan Milli Elmlər Akademiyasının alimləri elə bil dilimizin qəsdinə durublar.Minval.İnfo oxu.az xəbər verir ki, bunu yazıçı, millət vəkili Aqil Abbas deyib.
“İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, “qəşəng” sözü “qəşənk” yazılmalıdır. Niyə, qaqa, “k”la yazanda hamımız “qəşənk” olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər” – deyən millət vəkilinin sözlərinə görə, orta məktəblərimizdə müəllimlərimiz “qəşəng” sözünü uşaqlara heç “qəşəng” kimi öyrədə bilmirlər, bir imla yazdırılsa, 80 faizində yüz orfoqrafik səhv tapılar.
“İndi də “qəşənk” yazmağı öyrədəcəyik. Nə bilim iki samitin biri düşməlidi, “ədəbiyyat” yox, “ədəbiyat” yazılmalıdı, “riyaziyyat” yox, “riyaziyat” yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, “Məhərrəm” yazılmalıdır “Məhərəm”, adam da səhv elədi ortadakı “ə”ni yedi “Məhərəm” oldu “Məhrəm” Məsələn, “eşşək” sözünü “eşək” yazmalıyıq. “Eşək” hara, “eşşək” hara?! Hələ elə adamlar var ki, onlara “eşşək” deyəndə də ürəyin soyumur, üç “ş”la deyəndə ləzzət eləyir.
Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox. İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq? Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!
Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin” – deyə, A. Abbas sözlərinə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlandı
04.01.2022 - 13:04
Bayıldakı sürüşmə - VİDEO
10.02.2018 - 16:46
“Asan Xidmət”dən yararlanmaq istəyənlərin nəzərinə
07.03.2019 - 20:41
DJ Turaldan kobud sözlər və "zopa mexanizmi" - (Video)
16.11.2018 - 14:36
Bu şüşələrə vurulan plyonkaya görə 150 manat cərimə yazılacaq (FOTO)
23.11.2019 - 12:04
Novruz Məmmədov sosial evlərlə bağlı tapşırıq verdi - FOTO
31.08.2018 - 19:00
Şəhid ailələri və qaziləri işə götürənlərə vergi güzəştləri
19.04.2022 - 13:07
İyul və avqust ayları üçün 190 manat kimə verilə bilər? - AÇIQLAMA
05.08.2020 - 11:22