12.01.2018 - 11:41
Sosial
29 baxış
Çoxuşaqlı qadınlar neçə yaşında pensiyaya çıxa bilər?
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Qurum rəsmisi Xeyransa Dəmirova Qaynarinfo-ya bildirib ki, yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsində çoxuşaqlı qadınlar üçün güzəşt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.2-ci maddələrində öz əksini tapıb.
Qanundan sözügedən maddələri sizlərə təqdim edirik:
8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd: Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
15.10.2026 - 01:46
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
10.10.2026 - 13:58
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
09.10.2026 - 10:28
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
07.10.2026 - 11:07
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
06.10.2026 - 16:20
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
05.10.2026 - 18:31
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
05.10.2026 - 11:10
Turpaket alarkən diqqət edilməli məqamlar: səyahət kabusa çevrilməsin
04.10.2026 - 15:27
