Sosial şəbəkələr artıq cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib – o cümlədən də siyasi sferada. Bunu son seçki kampaniyası bir daha təsdiqlədi. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da bu xüsusda sosial şəbəkə istifadəçilərinə öz təşəkkürünü bildirib. Ancaq əfsus ki, sosial şəbəkələr – həm də ən müxtəlif feyk (yalan – red.) məlumatlar yaymaq üçün ideal vasitədir. 

Dəlilsiz görünməmək üçün öncə qeyd edək ki, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu özünün Facebook səhifəsində növbəti feyk məlumatı təkzib edib – guya 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvindən sonra o, xəstəxanaya düşüb. Üstəlik, bu feykin müəllifləri öz xəbərlərinə fotoşəkil də əlavə ediblər – hansı ki, bir il qabaq həqiqətən də Rauf Arifoğlu xəstələnən zaman çəkilib.

Media qrupunun rəhbəri əmindir ki, bu yalan-təxribatın arxasında İqbal Ağazadənin adamları dayanır. O Ağazadə ki, seçki kampaniyası zamanı “klon”- namizədləri müdafiə edirdi. Yada salaq: 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə iddiaçıların arasında uzaq Qusardan Abbasov Rauf Çərkəz oğlu da peyda olmuşdu. Belə “klonları” isə yalınız bir məqsədlə istifadə edirlər – seçiciləri çaşdırmaq. Yəni bir qisim seçici bilməsin ki, Abbasov Rauf Arif oğluna, yoxsa Abbasov Rauf Çərkəz oğluna səs versin və nəticə etibarilə Rauf Arfoğlunun səslərinin bir hissəsi itirilsin.

Doğrudur, belə “siyasi texnologiyalar”ın müəllifləri elə öz Facebook hesablarında faş oldular. Belə ki, Facebook “lenti” İqbal Ağazadənin reklam və təşviqat materialları ilə dolu olan Qoşqar Bəylər öz səhifəsində avtomobildə çəkilmiş bir foto yerləşdirmişdi: həmin fotoda o və bir də arxa oturacaqda əyləşmiş Abbasov Rauf Çərkəz oğlu əks olunmuşdu. Bundan başqa, eyni dairədən daha bir deputatlığa namizəd – özünü “müstəqil” adlandıran iş adamı Səlim Dadaşov qəfildən öz Facebook səhifəsində “partladı”: “Bəli, mən İqbal Ağazadənin adamıyam” və buna müvafiq foto yerləşdirmişdi.

Əlbəttə ki, seçki kampaniyası – “əlbəyaxa döyüş”dür. Burada heç də həmişə ağ əlcəklərlə hərəkət eləmək alınmır. Deputat mandatı uğrunda mübarizədə dövriyyəyə qarşılıqlı ittihamlar da, “sancmalar” da, yandırıcı karikaturalar da, hətta “kompromat savaşı” da girir. Fəqət, “klon”-namizədlər – apriori yasaqlanmış metoddur. Sosial şəbəkələrə doğmaları və yaxınları narahat edən “xəstəxana” feyki tullamaq cəhdi isə artıq insanlıq baxımdan dərkdən də o yanadır.

Bəlkə də buradaca nöqtə qoymaq və 35 saylı Xətali seçicilərinə nəticəni özləri çıxarmağı tövsiyə eləmək olardı. Lakin məsələnin başqa, daha vacib, artıq bütün Azərbaycan miqyasında önəmli olan tərəfi də var.

İş ondadır ki, Milli Məclisin buraxılması və erkən seçkiləri bir çoxları haqlı olaraq prezidentin elan elədiyi “kadr islahatları”nın mühüm mərhələsi sayırdılar. Üstəgəl, istər namizədlərin qeydiyyata alınması, istərsə də bütövlükdə seçki kampaniyası əvvəlki dönəmlərdən fərqli olaraq, xeyli dərəcədə “liberal qaydalar” əsasında aparılıb.

Ancaq hələ səsvermənin startına kimi Facebook hələ başlamamış seçkini saxta elan edən statuslarla, spesifik “yumor” və de-motivatorlarla sadəcə, aşıb-daşırdı. Hökm verirdilər ki, heç nə dəyişəsi deyil və s. Bu statusları adi istifadəçilərdən tutmuş, radikal siyasi emiqrantlara kimi, ən müxtəlif adamlar yayırdılar. İddia edirdilər ki, onlar Azərbaycanda situasiyanı hamıdan yaxşı bilirlər. Eləcə də 3-4 dostu və qısa tarixçəsi olan, çoxsaylı şübhəli hesabların sahibləri – bütün bunlar açıq-aşkar “troll” əlamətləri idi.

Daha sonra sosial şəbəkələrdə seçki məntəqələrində səsvermə zamanı pozuntular haqda fəal şəkildə statuslar yayılmağa başlandı. Aydındır ki, kimsə güclü şəkildə öz parlament kreslosunu tərk eləmək istəmirdi, kimlərsə də həmin yeri tutmaqdan ötrü əldən getdiyi üçün cızılan xətti keçmişdi. Bundan əlavə, açıq-aşkar bir namizədi irəli sürüb başqasını “keçirmək” cəhdləri ilə yanaşı, məhz seçkiləri gözdən salmaq səyləri də var idi. Məlum məsələdir ki, ardınca da həmin o, “trollar” vasitəsilə fəal şərh və statuslar yolu ilə bunlar edilirdi. Bu isə artıq ictimai təhlükəliliyin başqa səviyyəsidir.

Ancaq artıq ayrı-ayrı namizədlərə qarşı yox, bütövlükdə Azərbaycana qarşı belə çirki oyunlarla kim məşğul idi?

Onu qeyd edək ki, “Divan (taxt) qoşunları” ifadəsi leksikona İnternet yaranan gündən, çoxsaylı “forumlar”dan, sosial şəbəkələrdən sonra girib. Nəticə etibarilə də personajlar yaranıb – hansılar haqda ki, qədim vaxtlarda belə deyilib: “Döyüşə kənardan baxan hər kəs elə bilir ki, o strateqdir”.

Belələri uzun müddət ciddi qəbul olunmayıb. Amma indi ovqat dəyişib. Artıq şübhə yox ki, sosial şəbəkələr həm də təxribatlar üçün daha əlverişli məkana çevrilib. Hansı təxribatlarla ki, indi tamamilə peşəkar və hazırlıqlı “komandalar” məşğuldur. Bir növ “ÇVK divan dəstəsi” kimi. (ÇVK – “çastnaya voennaya kampaniya” – “özəl hərbi kampaniya”, Rusiyanın müxtəlif ölkələrdə, o cümlədən Suriyada, Liviyada destruktiv fəaliyyətlə məşğul olan “Vaqner” özəl hərbi qruplaşmasına işarədir. Rəsmi Moskva onun dövlətə aid olmadığını iddia eləsə də, qruplaşmanın arxasında dövlətin dayandığı məlumdur – “YM”).

ABŞ-da hələ 2016-cı il seçkiləri zamanı həyəcan təbili çalırdılar. Sonra sıra Avropaya çatdı. Təkcə son günlər Facebook Rusiya xüsusi xidmət orqanlarına bağlı olan və əsasən Ukrayna əleyhinə fəaliyyət göstərən 78 şəxsi hesabı, 11 səhifəni və 29 birliyi ləğv edib. Bir çox şeylər ona dəlalət edir ki, 9 fevral seçkiləri zamanı bizim ölkə də belə bir “ÇVK divan dəstəsi”nin hədəfinə gəlib. Hər halda Facebook-da “seçki neqativi” dalğası həddən ziyadə miqyaslı, düşünülmüş və koordinasiyalı idi.

Gəlin, uzaq gedən nəticələrdən qəsdən imtina edək. Eston kəşfiyyatının bu yaxınlardakı hesabatına da, – hansı sənəddə ki, müəlliflər Rusiyanın daxili işlərinə müdaxilə elədiyi ölkələr sırasında Azərbaycanın da adını çəkiblər, – istinad eləməyək. Onunla da maraqlanmayaq ki, necə oldu, Azərbaycandakı seçkilərlə bağlı Rusiya XİN-in bəyanatı Azərbaycan XİN-dən də sərt oldu. Həmçinin burada “ikiqat altlıq” axtarmayaq. Sadəcə, bu yaxınlarda guya Bakıdakı qarışıqlıq zamanı “yüzlərlə körpənin həlak olması” haqda “feykləri yada salaq. Habelə koronovirusla bağlı az öncəki şayiələr, sosial şəbəkələrin köməyi ilə açıq yalanların tirajlandığı və panika salmaq cəhdləri edilən digər presedentlər.

Bu isə səbəbdir ki, Azərbaycanın informasiya məkanında baş verənlərlə təkcə Facebook administrasiyası məşğul olmasın, bu, həmçinin bizə tövsiyədir ki, “repost”a basmaqdan öncə informasiyanı və onun qaynağını təzədən yoxlayaq (“Repost” – sosial şəbəkədə gedən informasiya qeydindən dərhal yararlanmaq imkanı, bu zaman onun məzmunu dəyişdirilmir və mənbəyə istinad saxlanılır – “YM”). Sadəcə, ona görə ki, “ÇVK divan (taxt) dəstəsi”nin fəaliyyəti Azərbaycan dövlətinə və onun siyasi sabitliyinə birbaşa və real təhlükə kəsb edir. Və bu ciddi məsələdir.

P.S. Yazının orijinalı ilə bu linkdə tanış ola bilərsiniz: https://minval.az/news/123961119

Minval.az