Elgiz Əkbərin ARB-də yayımlanan “Səhər-Səhər” verilişinin bugünki qonaqları Çingiz Mustafayev, 2016-cı il “Eurovision” mahnı yarışmasının iştirakçısı Səmra Rəhimli və anası İlahə Baxşıyeva olub.
Minval.info xəbər veriri ki, söhbət Səmranın yarışmadakı açıq – saçıq geyimlərindən düşdükdə Elgiz onu müdafiə edib və insanların geyiminə görə əxlaqının ölçülməsinin yanlış olduğunu bildirib.
Çingiz Mustafayev isə, “Mən istəməzdim ki, xanımlarımız Amerika və Avropada olduğu kimi geyinsinlər. Çünki biz azərbaycanlıyıq və bizim öz dəyərlərimiz var. Biz istəsək də amerikalı kimi ola bilmərik. İndi Amerikada müğənnilərin ifalarından çox onların açıq – saçıq geyimləri ön plandadır. Səmranın geyiminə gəldikdə isə o qədər də problem yaradacaq geyimdə olmadığını düşünürəm”- deyə, bildirib.
Məleykə
Minval.info


































