“Space” TV-də yayımlanan “Praym-Şok” verilişində Əməkdar artistin hərəkəti meyxanaçının xoşuna gəlməyib.

Minval.info xəbər verir ki, proqrama dəvət alan meyxanaçı Meyman Əhmədlinin idmançı görkəmi alması aparıcısı Çingiz Əhmədovun diqqətini çəkib. O, sənətçinin sinəsinə toxunaraq “gedirsən?” deyib. Meyxanaçı gülümsəsə də, cavabından bəlli olub ki, Əməkdar artistin bu davranışı söz xiridarının narahat edib.

M.Əhmədli sualın qarşılığında “hara gedirəm? Heç yana getmirəm. Özüm üçün…” deyib.

Çingiz Əhmədov “hiss elədim, qabaq belə deyildin” söyləyərək əli ilə sinəsinə toxunmağa davam edib. Ardınca isə zarafatla “havası neçədir?” sualını verib, meyxanaçı isə “bizdə havayla deyil” deyərək səhnədən getməyə çalışıb.

Minval.info