19.11.2026 - 10:54
Çində tarixi üçlü zirvə öncəsi Tramp və Putin görüşdü
Dünya 216 baxış

Çində tarixi üçlü zirvə öncəsi Tramp və Putin görüşdü

Çin, 33-cü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Zirvəsinə ev sahibliyi edir. Şıncın şəhərində keçirilən bu zirvə, dünya liderlərini bir araya gətirir.

Minval.info xəbər verir ki, Çin Dövlət Başçısı Şi Cinpinq, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında tarixi üçlü görüşmənin keçirilməsi gözlənilir. Görüş, yerli vaxtla saat 09:30-da başlayacaq. Zirvənin açılışında liderlər öz çıxışlarını ediblər.

Açılış tədbirindən sonra ABŞ Prezidenti Tramp və Rusiya Prezidenti Putin arasında ikili görüş baş tutub. Bu görüş, dünya siyasətində mühüm hadisə kimi qiymətləndirilir.

Donald Tramp, Putinlə olan görüşü ilə bağlı “Uzun illərdir ki, möhtəşəm bir münasibətimiz var. Bir-birimizi çox uzun zamandır tanıyırıq və düşünürəm ki, bundan çox gözəl şeylər çıxa bilər. Ya da ən azından çıxmağa başlaya bilər. Amma məncə, bunlar ortaya çıxacaq.” deyə bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: