UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son turun bir sıra oyunları keçirilib.

Minval.info bildirir ki, İngiltərənin “Liverpul” klubu Avstriyanın “Zalsburq” klubunun qonağı olub.

Oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun son oyunundan sonra “Liverpul” qrupda 13 xalla birinci yerdə qərarlaşaraq 1/8 finala vəsiqə qazanıb. “Zalsburq” klubu isə 7 xalla qrupda 3-cü yerdə qərarlaşıb və UEFA Avropa Liqasının 1/16 finalına yollanıb.

Qrupun digər oyunu İtaliyanın “Napoli” klubu və Belçikanın “Genk” klubu arasında baş tutub. Oyun “Napoli”nin 4:0 hesablı qələbəsi ilə yükunlaşıb. “Napoli” qrupda 12 xal toplayaraq ikinci yerdə qərarlaşıb və 1/8 finala vəsiqə qazanıb.

Oyunlarda qeydə alınan nəticələri təqdim edirik:

10 dekabr

E qrupu

21:55. “Napoli” (İtaliya) – “Genk” (Belçika) – 4:0
Qollar: Milik, 3, 26, 38-pen, Mertens, 75-pen

21:55. “Zalsburq” (Avstriya) – “Liverpul” (İngiltərə) – 0:2
Qollar: Keyta, 57, Salah, 58

1. Liverpul 6 4 1 1 13:8 13
2. Napoli 6 3 3 0 11:4 12
3. Zalsburq 6 2 1 3 16:13 7
4. Genk 6 0 1 5 5:20 1

F qrupu00:00. “İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:2
Qollar: Peres, 23 (0:1), Lukaku, 44 (1:1), Fati, 87 (1:2)

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Slaviya” (Praqa, Çexiya) – 2:1
Qollar: Sanço, 10 (1:0), Souçek, 43 (1:1), Brandt, 61 (2:1)

1. Barselona 6 4 2 0 9:4 14
2. Borussiya Dortmund 6 3 1 2 8:8 10
3. İnter 6 2 1 3 10:9 7
4. Slaviya Praqa 6 0 2 4 4:10 2

G qrupu

00:00. “Lion” (Fransa) – “Leyptsiq” (Almaniya) – 2:2
Qollar: Forsberq, 9-pen (0:1), Verner, 33-pen (0:2), Aouar, 50 (1:2), Depay, 82 (2:2)

00:00. “Benfika” (Portuqaliya) – “Zenit” (Rusiya) – 3:0
Qollar: Servi, 47, Pizzi-pen, 58, Azmun, 79-avtoqol

1. Leyptsiq 6 3 2 1 10:8 11
2. Lion 6 2 2 2 9:8 8
3. Benfika 6 2 1 3 10:11 7
4. Zenit 6 2 1 3 7:9 7

H qrupu

00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:1
Qollar: Abraham, 19 (1:0), Aspiliketa, 35 (2:0), Remi, 78 (2:1)

00:00. “Ayaks” (Hollandiya) – “Valensiya” (İspaniya) – 0:1
Qol: Rodriqo, 24

1. Valensiya 6 3 2 1 9:7 11
2. Çelsi 6 3 2 1 11:9 11
3. Ayaks 6 3 1 2 12:6 10
4. Lill 6 0 1 5 4:14 1

Beləliklə, “Napoli”, “Liverpul”, “Valensiya”, “Çelsi”, “Barselona”, “Borussiya Dortmund”, “Leypsiq” və “Lion” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəliblər.

“Salzburq”, “İnter”, “Benfika” və “Ayaks” isə Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıblar.