10.08.2026 - 13:01
Maqazin 21 baxış

Ceki çan Bakıda: 'Tanrının yaraqları' filminin çəkilişləri Azərbaycanda başladı

Macəra janrında çəkilən ‘Tanrının yaraqları: Ultimatum’ filminin beynəlxalq yaradıcı heyəti, Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə start verib.

Minval.info xəbər verir ki, Bakıdakı çəkilişlər ənənəvi olaraq xüsusi kino boşqabının sındırılması mərasimi ilə açılıb. Bu mərasim, yeni çəkiliş mərhələsinin uğurlu başlanğıcını simvolizə edir.

Filmin süjetində ‘Asiya şahini’ adlı qəhrəmanın yeni missiyası mərkəzi yer tutur. O, qədim Tumar artefaktını tapmaq üçün 20 milyon dollardan çox mükafat təklif edilən bir macəraya atılır.

Çəkilişlər eyni zamanda bir neçə ölkədə aparılır və layihə müxtəlif ölkələrdən olan aktyorlar və kino mütəxəssisləri tərəfindən həyata keçirilir. İlk dəfə olaraq Qazaxıstan və Çinin kino komandaları bu layihə üçün bir araya gəliblər.

‘Ultimatum’, artıq kulta çevrilmiş ‘Tanrının yaraqları’ franşizasının dördüncü filmidir və baş rolda məşhur aktyor Ceki Çan yer alır. O, yenidən əfsanəvi macərapərəst ‘Asiya şahini’ obrazını canlandırır.

Bakı, filmin bədii konsepsiyasına uyğun olaraq çəkiliş məkanı kimi seçilib. Süjetə görə, hekayənin yeni bölümü Xəzər dənizinin ətrafında baş verir və buna görə də çəkilişlərin növbəti mərhələsi Azərbaycanda keçirilir. Filmin bir sıra əsas səhnələri Bakıdakı müxtəlif məkanlarda lentə alınacaq.

Bu mərhələ Ceki Çan üçün də xüsusi əhəmiyyət daşıyır, çünki o, ilk dəfə Azərbaycanda filmə çəkilir. ‘İndiyədək heç vaxt çəkilmədiyim ölkədə işləmək məni xüsusilə həyəcanlandırır’, – deyə Ceki Çan bildirib.

Çəkiliş qrupunun Azərbaycana səfəri və ölkə ərazisində çəkiliş prosesinin təşkilinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) dəstək göstərir. Filmin istehsal prosesinə müxtəlif kino peşələri üzrə 100-dən çox yerli mütəxəssis cəlb olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: