Cahangir Novruzov Bolt-u fırıldaqçılıqda ittiham etdi
Xalq artisti Cahangir Novruzov, Bolt taksi xidmətindən narazılığını ifadə edib. Aktyor, “Pozan” layihəsinə verdiyi müsahibədə, verilişə gecikməsinin səbəbi kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqda ittiham edib.
Minval.info xəbər verir ki, Cahangir Novruzov müsahibəsində, “Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. Bolt-a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən, bu da psixoloji olaraq səni incidır” deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Queen qrupunun keçmiş üzvü Barri Mitçell vəfat etdi
Ana-oğul rollarında 9 yaş fərqi qalmaqalı
Bakıda üç poliklinika vahid mərkəzə çevrilir
Elgiz Əkbərdən yeni ekran sürprizi!
Nevzat Yakışırboy sürücüyə hücum etdi
Tünzalə Ağayeva yeni imici ilə heyran etdi