“Bütün uşaqlara 12 yaşınadək “uşaqpulu”nun verilməsi zəruridir”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, “uşaqpulu sosial müavinət formasında müəyyən kateqoriyalı uşaqlara verilir:

“Bunun adı “uşaqpulu” olmaya da bilər. Amma müavinət formasında bütün uşaqlara verilməsi zəruridir. Bütün uşaqların normal böyüməsi üçün bu vacibdir. Xüsusən, imkanı olmayan, vlideynləri işləməyən uşaqlara şamil edilməlidir. Ona görə də “uşaqpulu” deyərkən, hazırda müəyyən səbəblərdən-xəstəlikdən, valideynlərini itirməyə görə sosial müavinət alan uşaqlardan söhbət getmir. Bizim fikrimiz odur ki, bütün uşaqların sağlam böyüməsi üçün onların sosial müavinət almaları şərtdir. Bu, 18 yaşadək davam etməkdir. Bunu yaş kateqoriyasına da bölmək olar ki, ilkin 6, sonra isə 12 yaşadək olan uşaqlara verilsin. 12 yaşadək zəruri olmalıdır. 12 yaşdan 18 yaşadək “uşaqpulu” verilməsi isə büdcədəki vəziyyətdən asılı ola bilər. Yəni dövlət imkanlarını təhlil etməli və əgər imkan olarsa, 12 yaşdan 18 yaşadək də sosial müavinət verilməlidir.

Çünki bizim tək məsələmiz “uşaqpulu” deyil. İşğal olunmuş ərazilərdə quruculuq işlərinə maliyyə vəsaiti ayırıb, insanları öz yurd-yuvalarına da qaytarmalıyıq. Bunun üçün də böyük vəsait tələb olunur. Üstəlik, müdafiə və təhlükəsizlik xərclərinə də sərf olunan vəsaiti unutmaq olmaz. Amma bütün hallarda, ən azından 12 yaşadək uşaqların sosial müavinəti mütləq verilməlidir”.Cebhe.info