Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.“Ölkə.Az” Report-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilib.
Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.


































