17.01.2018 - 20:36
Maraqlı
3 baxış
Bu prqoram “Wi-Fi” bağlantısında problemlər yaradır
“Google” şirkətinin bir sıra aparat və proqram məhsulları, o cümlədən “Google Home” “Wi-Fi” bağlantısında problemlər yarada bilər.Minval.İnfo Technote-yə istinadən xəbər verir ki, bu barədə “TP-Link” şirkətinin məlumatında deyilir.
Şirkət bu məlumatı “Archer C1200” marşrutlayıcı istifadəçilərinin marşrutlayıcılarda şəbəkəyə qoşulmada nasazlıqlarla bağlı şikayətlərindən sonra yayıb.
Şirkət mühəndisləri belə qənaətə gəliblər ki, nasazlıqlar “Android” əməliyyat sisteminin son versiyalarında və digər “Google” proqram təminatında quraşdırılan “Cast” funksiyası ilə əlaqədardır. Funksiya “MDNS” paketlərinin müəyyən vaxt intervalı ilə göndərilməsi vasitəsilə “Google” şirkətinin “Google Home” kimi məhsulları ilə fasiləsiz əlaqə yaratmağa imkan verir.
Ekspertlər izah edib ki, adətən belə paketlər 20 saniyədə bir dəfə göndərilir, lakin müəyyən vəziyyətlərdə qurğular qısa vaxt ərzində yüksək sürətlə çoxsaylı paketlər göndərməyə başlaya bilərlər. Məsələn, bu, qurğu “yuxu” rejimindən çıxarılan halda baş verə bilər. Bununla yanaşı, qurğu həmin rejimdə nə qədər çox olsa, bir o qədər çox paket sayı göndərəcək.
Problem təkcə “TP-Link” marşrutlayıcılarına aid deyil. “ASUS”, “Linksys”, “Netgear”, “TP-Link” və “Synology” istifadəçiləri də bağlantıda “Cast” funksiyası ilə əlaqədar nasazlıqlar barədə məlumat veriblər.
Nasazlıqların aradan qaldırılması üçün istifadəçilər marşrutlayıcını yenidən yükləyə və ya “Android” sistemli qurğuda “Cast” funksiyasını söndürə bilərlər. “Archer C1200” marşrutlayıcı istifadəçiləri də proqram təminatının problemi aradan qaldıran yenilənməsini yükləyə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
17.11.2025 - 10:16
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
03.04.2025 - 21:35
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
28.02.2025 - 11:17
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
14.11.2024 - 12:56
Dilarənin kovboy tərzi - Fotolar
15.07.2024 - 15:25
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO
31.05.2024 - 13:30
Yeni il süfrənizi 5 dadlı TikTok resepti ilə bəzəyin
27.12.2023 - 12:41