"Bu dərman içəni öldürür" mesajına Səhiyyə Nazirliyindən açıqlama
“Whatsapp” “Paracetamol 500” preparat ilə bağlı səs yazısı yayılıb.
Səs yazısında naməlum şəxs bu preparatdan istifadə edənin 5 gün ərzində özünü yaxşı hiss etdiyini bildirib: “5 gündən sonra bu preaparat insanı öldürür”.
Məsələ ilə bağlı bizimyol.info-nun sorğusuna cavab verən Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova bildirib ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol –QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet). Qeyd etdiyim “Paracetamol 500mg” tərkibli dərman vasitələrindən Analitik Ekspertiza Mərkəzinə şikayət daxil olmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər