29.08.2026 - 14:22
Maqazin 44 baxış

Britni Spirs: "Qəyyumluq dövrü ruhumu zədələdi

Məşhur amerikalı müğənni Britni Spirs, illərlə davam edən qəyyumluq rejiminin ona vurduğu zərərlərdən bəhs edib. O, “Instagram” hesabında etdiyi paylaşımda, bu səbəbdən insanlara hörmət etməyi dayandırdığını etiraf edib. “Keçmişdə insanlara böyük hörmətlə yanaşdığım günlərin həsrətini çəkirəm. Bir vaxtlar kiminləsə ünsiyyətdə olanda aramızda xüsusi və müqəddəs bir bağ yaranırdı. Hiss edirəm ki, qəyyumluq dövründə qəlbimə və ruhuma nə qədər ciddi ziyan dəydiyini insanlar hələ də tam dərk etmirlər”, – deyə ifaçı bildirib.

Minval.info xəbər verir ki, hazırda fərqli bir yolda olduğunu deyən 44 yaşlı müğənni, bugünkü vəziyyəti ilə qürur duyduğunu qeyd edib. O əlavə edib: “Hesab edirəm ki, həmin illərdə insanlarla münasibətlərimdəki o dəyəri itirdim, çünki daxilən olduqca həssas və çəkingən biri idim. Əvvəlki həqiqi əlaqələrim üçün darıxıram. Düzünü desəm, özümü sanki bir maşın, bir robot kimi görürdüm. Yaxşı ki, bütün bunlar artıq keçmişdə qaldı”.

Qeyd edək ki, psixoloji problemləri səbəbindən Britni Spirs 2008-ci ildə atasının qəyyumluğuna verilib və 2021-ci ilin noyabr ayına qədər bu nəzarət altında qalıb. Müğənninin keçmiş əri Kevin Federlayn tərəfindən böyüdülmüş Şon Preston və Ceyden Ceyms adlı iki oğlu var. Onların hazırda 20 və 19 yaşları var.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: