“Bu həkimlər sizi kor edə bilər!” — Britni Spirs xanımlara çağırış etdi
Dünyaca məşhur amerikalı pop ulduzu Britni Spirs növbəti dəfə uğursuz kosmetoloji əməliyyatın qurbanı olub. Pop kraliçası botoks iynəsindən sonra sol gözündə ciddi deformasiya yarandığını etiraf edib.
Minval.info xəbər verir ki, 44 yaşlı sənətçi sosial şəbəkə hesabında həkim səhlənkarlığı ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, kosmetoloq sol göz ətrafına normadan artıq botoks vurduğu üçün göz qapağı aşağı sallanıb:
“Həkimim sol gözümə həddindən artıq botoks vurdu və nəticədə gözüm aşağı düşdü. Təxminən dörd həftə bu vəziyyətdə qaldım. Yalnız son günlər gözüm yavaş-yavaş əvvəlki formasına qayıtmağa başlayıb.”
ƏLAQƏLİ
Bunu da oxuŞahzadə harri və meqan markl kanadalı dostları ilə parlaq gecədə: Şahzadə diananın zinət əşyaları yenidən səhnədə!
09.08.2026 - 22:36
Mənfi təcrübəsindən dərs çıxaran Spirs izləyicilərinə və xüsusən də xanımlara müraciət edərək kosmetoloji prosedurlarda ehtiyatlı olmağı tövsiyə edib:
“Ehtiyatlı olun, bu insanlar və həkimlər gözlərinizi kor edə bilərlər. Bədəninizə yaxşı baxın, çünki o yalnız sizə məxsusdur.”
Qeyd edək ki, bu, pop ulduzunun üzləşdiyi ilk uğursuz estetik təcrübə deyil. Britni Spirs bundan əvvəl də Los-Ancelesdəki həkimlərdən şikayətlənmiş, vurulan iynələrdən sonra üzündə kəskin şişkinliklərin yarandığını açıqlamışdı.
ƏLAQƏLİ
Bakıda sürücünün qeyri-adi hərəkəti: Avtomobili yolun ortasında saxladı, sosial şəbəkələr çalxalandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: