Bred Pitt: "Evləndiyim üçün çox peşmanam
Hollivudun məşhur ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. O, Ancelina Coli ilə evliliyini həyatının ən böyük səhvi kimi dəyərləndirib və bu qərarın ona var-dövlətinin yarısına başa gəldiyini bildirib. Pitt, “Evləndiyim üçün çox peşmanam, gərək subay qalardım…” sözləri ilə kədərini ifadə edib.
Minval.info xəbər verir ki, aktyor, övladlarının cinsiyyət və kimlik dəyişmə proseslərinə qarşı olduğunu və Colinin uşaqları ona qarşı qaldırdığını iddia edib. Keçmiş cütlük arasındakı gərginlik, uşaqların bəzilərinin “Pitt” soyadından rəsmən imtina etməsi ilə daha da artıb. Bredin bu açıqlamaları sosial şəbəkələrdə böyük əks-səda doğurub. Bəzi insanlar Pitti dəstəkləsə də, əksəriyyət Ancelinaya tərəf çıxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım