
Kasia Lenhardt beim Raffaello Summer Day 2018 in der Villa von der Heydt in Berlin am 2106.2018 *** Kasia Lenhardt at Raffaello Summer Day 2018 at Villa von der Heydt in Berlin on 2106 2018
“Bavariya”nın futbolçusu Jerom Boatenqin ötən həftə ayrıldığı sevgilisi Kasya Lenhardt vəfat edib.
Fanat.Az xəbər verir ki, modelin meyiti Berlindəki evindən tapılıb.
Berlin polisindən verilən açıqlamada bildirilir ki, çərşənbə axşamı saat 20.30 radələrində Çarlottenburq bölgəsindən məlumat daxil olub. Evə baxış keçirən polis əməkdaşları Kasya Lenhardtın cəsədini tapıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitdə cinayət izinin tapılmadığını bildirsə də, ölümün səbəbi açıqlanmayıb.
Kasya Lenhardtın ölümümü onun kimi model olan rəfiqəsi Sara Kulka da təsdiq edib.
Qeyd edək ki, Jerom Boatenq təxminən 15 aydı birlikdə olduğu Kasya Lenhardtla fevralın 2-də ayrılıb. Model futbolçunu onu şantaj etməkdə və sədaqətsizlikdə ittiham etmişdi.


































