
“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat verib. Çilili futbolçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra “Barselona” ilə 3 illik müqavilə imzalayacaq. İspanlar bu keçid üçün 19 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vidal “Bavariya”ya 2015-ci ildə 37 milyon avro qarşılığında “Yuventus”dan transfer olmuşdu. 31 yaşlı yarımmüadafiəçi münhenlilərin heyətində meydana çıxdığı 78 oyunda 14 qol vurub.

































