Baş prokuror Kamran Əliyev şəkidə vətəndaşlarla birbaşa dialoqa girir: Görüşün detalları açıqlandı!
Baş prokuror Kamran Əliyev avqustun 25-də, saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında vətəndaşlarla görüş keçirəcək. Bu qəbulda Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhərinin sakinləri iştirak edə biləcəklər.
Minval.info xəbər verir ki, vətəndaşların qəbula yazılması və Şəkiyə səfərlərinin təşkili rayon prokurorları tərəfindən təmin ediləcək. Sakinlər yaşadıqları ərazi üzrə rayon və ya şəhər prokurorluqlarına müraciət edərək, həmçinin Baş Prokurorluğun əlaqə nömrələri və elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Qəbula yazılmaq üçün (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonlar, [email protected] elektron poçt ünvanı və prokurorluğun sosial media səhifələri (Instagram, Facebook və X) vasitəsilə müraciət etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım