“Bu gün saat 11:00-dan 14:00-a qədər Xəzər rayonunun Buzovna (Albalılıq yaşayış sahəsi), Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq”.“Minval.info”nun məlumatına görə, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.


































